"Flydubai" təyyarəsində yaralanan pilotun vəziyyəti açıqlanıb


Hindistanın Baş naziri Narendra Modi Flydubai aviaşirkətinin təyyarəsində yaralanan hindistanlı pilot Smit Maççharı qəhrəman adlandırıb.

AFN.az xəbər verir ki, Modi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Hindistanın Baş naziri bildirib ki, ağır yaralanmasına baxmayaraq, Maççhar böyük cəsarət göstərərək digər insanların həyatını qorumağa çalışıb. Onun sözlərinə görə, pilotun cəsarəti yüzlərlə insanın həyatının xilas edilməsinə və daha böyük faciənin qarşısının alınmasına kömək edib. Modi Hindistanın Maççharla fəxr etdiyini bildirib və ona tezliklə sağalmasını arzulayıb.

Hindistanın Ər-Riyaddakı səfirliyi pilotun vəziyyətinin stabil olduğunu açıqlayıb. Maççhar hazırda Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Tabuk şəhərində xəstəxanada müalicə olunur. Maççhar Dubaydan Təl-Əvivə uçan Flydubai reysinin kapitanı olub. Uçuş zamanı ikinci pilot ona bıçaqla xəsarət yetirib və təyyarə Səudiyyə Ərəbistanında yerləşən hava limanlarından birinə təcili eniş edib. Sentyabrın 30-da həmin təyyarə havada olarkən qaçırılma siqnalı verib. Daha sonra təyyarə Səudiyyə Ərəbistanına enib və Flydubai bütün sərnişinlərin təhlükəsiz olduğunu açıqlayıb. İsrail mediasının məlumatına görə, hadisənin səbəbi iki pilot arasında baş verən insident ola bilər. Hadisə ilə bağlı araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu