Modi: ABŞ-İran razılaşması Yaxın Şərqdə sülhü bərpa edəcək


Hindistan, ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair əldə olunan razılaşmanın Yaxın Şərqdə gəmiçilik azadlığını təmin edəcəyinə və sülhü bərpa edəcəyinə ümid edir.

AFN.az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Mən ABŞ və İran arasında Qərbi Asiyada qlobal iqtisadi sarsıntılara və çoxsaylı insan itkilərinə səbəb olan münaqişənin dayandırılması barədə əldə olunmuş qarşılıqlı anlaşmanı alqışlayıram. Hindistan ümid edir ki, bu saziş regionda sabitliyin bərpasına, ticarət və gəmiçilik azadlığının təmin olunmasına kömək edəcək", - deyə Modi qeyd edib.

Baş nazir, həmçinin Hindistanın qalan məsələlərin də tezliklə müzakirə olunmasını və davamlı yekun sazişin imzalanmasını səbirsizliklə gözlədiyini əlavə edib.

Qeyd edək ki, ABŞ və İran arasında əldə olunmuş atəşkəs və prinsipial razılaşma sənədinin iyunun 19-da Cenevrədə rəsmən imzalanması gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu