Brent neftinin qiyməti 96 dolları ötüb
Beynəlxalq əmtəə bazarlarında Brent markalı neftin bir bareli 96,27 dollardan satılır.
AFN.az xəbər verir ki, Brent markalı neftin yanvar fyuçerslərinin bir barelinin qiyməti əvvəlki gün 96,28 dollara qədər yüksəldikdən sonra ticarət sessiyasını 95,82 dollardan başa vurub.
Bu gün Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 0,47 faiz artaraq 96,27 dollara çatıb. Eyni vaxtda Qərbi Texas neftinin (WTI) dekabr fyuçerslərinin bir bareli 88,73 dollar olub.
Neft qiymətləri Yaxın Şərqdə davam edən geosiyasi risklər, eləcə də ABŞ-da xam neft ehtiyatlarının gözləntilərin əksinə artması nəticəsində yaranan təklif bolluğu narahatlıqlarının təsiri ilə qarışıq istiqamətdə hərəkət edir.
Digər tərəfdən, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da xam neft ehtiyatlarının gözləniləndən çox artması qiymətlərə aşağı istiqamətli təzyiq göstərir.
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) ölkənin kommersiya xam neft ehtiyatlarının ötən həftə təxminən 4 milyon 700 min barel artaraq 414 milyon 400 min barelə çatdığını açıqlayıb. Bazar proqnozlarında ehtiyatların təxminən 600 min barel azalacağı gözlənilirdi.
Ölkənin kommersiya xam neft ehtiyatlarına daxil edilməyən strateji neft ehtiyatları isə 2 milyon 600 min barel azalaraq 279 milyon 500 min barelə enib.
Bu dövrdə ABŞ-ın benzin ehtiyatları 1 milyon 800 min barel artaraq 210 milyon 800 min barel təşkil edib.
ABŞ-da gündəlik xam neft hasilatı oktyabrın 31-dən noyabrın 6-dək olan həftədə 10 min barel artaraq 14 milyon 13 min barelə yüksəlib.
Texniki təhlillərə görə, Brent markalı neftin qiymətində 96,43 dollar müqavimət, 95,37 dollar isə dəstək səviyyəsi kimi izlənilir.
