Brent neftinin bir bareli 92,58 dollara yüksəlib



Brent markalı neftin bir bareli beynəlxalq fyuçers bazarlarında 92,58 dollardan satılır.

AFN.az xəbər verir ki, dünən 92,84 dollara qədər yüksələn Brent markalı neftin yanvar fyuçerslərinin bir barelinin qiyməti günü 91,49 dollar səviyyəsində başa vurub.

Bu gün saat 10:30-a olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 1,19 faiz artaraq 92,58 dollara yüksəlib. Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin dekabr fyuçerslərinin bir bareli 86,72 dollardan satılıb.

Brent markalı neft üzrə texniki təhlildə 92,71 dollar müqavimət, 92,19 dollar isə dəstək səviyyəsi kimi izlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu