Brent neftinin qiyməti 111,57 dollara yüksəldi
Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir bareli 111,57 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 111,80 dollara qədər bahalaşan Brent neftinin yanvar fyuçerslərinin bir barelinin qiyməti günü 110,80 dollardan başa vurub.
Bu gün saat 10:30-a olan məlumata görə, Brent neftinin bir barelinin qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 0,7 faiz artaraq 111,57 dollara yüksəlib.
Həmin vaxt Qərbi Texas markalı (WTI) xam neftin dekabr fyuçerslərinin bir bareli 102,71 dollar təşkil edib.
Brent neftinin qiymətində texniki baxımdan 112,19 dolların müqavimət, 110,41 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi bildirilir.
