Paşinyan Azərbaycanla sülhün 400 il və daha çox davam etməsini istəyir



Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını və onun institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini bildirib.

AFN.az xəbər verir ki, Paşinyan hökumət başçısı vəzifəsində əsas prioritetinin dönməz və uzunmüddətli sülhün təmin edilməsi olduğunu deyib.

O qeyd edib ki, Azərbaycanla sülh sazişi imzalanmalı və ratifikasiya edilməlidir. Baş nazir dünyada baş verən hadisələr fonunda uzunmüddətli sülhün təmin olunmasının əhəmiyyətini diqqətə çatdırıb.

Dünyada baş verənləri gördükdə dünya nizamının, əslində, dağıldığını anladıqlarını bildirən Paşinyan bu dövrdə sülhə nail olunmasını müsbət hal kimi qiymətləndirib. O vurğulayıb ki, əsas vəzifə iki illik sülhü 20 ilə, bir ili 200 ilə, 200 ili isə 400 ilə və daha uzun müddətə çevirməkdir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu