ABŞ-ın İrana mümkün zərbələrinin hədəfləri açıqlanıb


ABŞ İranla hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə ölkə rəhbərliyi ilə əlaqəli obyektlərə, eləcə də nüvə, enerji və infrastruktur sahələrinə hava zərbələri endirə bilər.

AFN.az xəbər verir ki, "Axios" portalı bu barədə mənbələrinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, danışıqlarda vasitəçilik edən ölkələr Tehrana ABŞ sanksiyalarının yumşaldılması müqabilində Beynəlxalq Atom Enerjisi Agentliyinin əməkdaşlarının İranın nüvə obyektlərində yoxlamalar aparmasına icazə verməyi təklif ediblər.

Mənbələrin bildirdiyinə görə, Qətərin rəhbərlik etdiyi vasitəçilər Vaşinqton və Tehran arasında diplomatik razılaşmanın əldə olunmasına çalışırlar. Məqsəd ABŞ-da aralıq seçkilər başa çatdıqdan sonra hərbi əməliyyatların yenidən başlamasının qarşısını almaqdır.

"Axios"un mənbələri qeyd edib ki, döyüşlər bərpa olunarsa, ABŞ bir həftə ərzində İran rəhbərliyi ilə əlaqəli obyektlərə, enerji və nüvə sahələrinə, eləcə də infrastruktura güclü hava zərbələri endirə bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu