Vens İrana məktub göndərərək danışıqların bərpasına cəhd edib - media



ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla münaqişənin həlli üzrə danışıqları bərpa etmək məqsədilə Tehrana məktub göndərib.

AFN.az xəbər verir ki, "The Wall Street Journal" qəzeti mənbələrinə istinadən Vensin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub ünvanladığını yazıb.

Mənbələrin məlumatına görə, Vens bu addımı ABŞ prezidenti Donald Trampın tapşırığı ilə atıb. Vitse-prezident Vaşinqtonla Tehran arasında yaxın həftələrdə hərbi əməliyyatların yenidən başlamasının qarşısını almaq üçün kifayət qədər ortaq məqamların olub-olmadığını müəyyənləşdirməyə çalışır. Bu, Trampı hərbi əməliyyatları bərpa etmək fikrindən daşındıra bilər.

Qəzetin məlumatına görə, Vensin göndərdiyi məktubda konkret sülh təklifləri yer almayıb.

"The Wall Street Journal" qeyd edir ki, Vens açıq şəkildə İrana qarşı hərbi əməliyyatları dəstəkləsə də, qapalı müzakirələrdə hərbi kampaniyanın davam etdirilməsinin zəruriliyi ilə bağlı şübhələrini ifadə edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu