Vens: ABŞ İrana qarşı uzunmüddətli hərbi əməliyyatlara hazırdır
Birləşmiş Ştatlar İran obyektlərinə hücumları davam etdirmək üçün geniş imkanlara malikdir və əməliyyatın müddəti əhəmiyyətli dərəcədə uzadıla bilər.
AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens "Fox News" telekanalına müsahibəsində bildirib. "Prezident məqsədlərimiz barədə çox aydın danışıb: İranın nüvə silahı ola bilməz. Bizim İranın nüvə proqramına, həmçinin qoşunlarımızı təhdid edən müxtəlif raketlərinə ziyan vurmaq üçün kifayət qədər imkanlarımız var", – deyə Vens vurğulayıb.
Vitse-prezident əlavə edib ki, ABŞ-ın əlində "çox sayda fəaliyyət variantı" var və hərbi əməliyyatlar həm "bir az", həm də "əhəmiyyətli dərəcədə daha uzun" davam edə bilər.
