Blokada və müharibə davam edərsə, ABŞ ilə danışıqlar olmayacaq - rəsmi Tehran


İran dəniz blokadası və müharibə davam etdiyi, eləcə də ölkənin aktivləri dondurulmuş vəziyyətdə qaldığı müddətdə ABŞ ilə danışıqların mümkün olmadığını bəyan edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi keçirdiyi brifinqdə bildirib.

Diplomat Vaşinqtonla müxtəlif məsələlər üzrə danışıqlar aparılmasının hazırkı şəraitdə real olmadığını vurğulayıb. Onun sözlərinə görə, Tehran dəniz blokadası və müharibə davam etdiyi, İranın maliyyə aktivləri isə dondurulduğu halda danışıqlara başlamağı qəbul etmir.

Bəqayi bildirib ki, İranın tələbləri İslamabadda əldə olunmuş razılaşmalara əsaslanır. Onun iddiasına görə, həmin razılaşmada hər iki tərəfin öhdəlikləri dəqiq müəyyənləşdirilib, ABŞ bu şərtləri qəbul etsə də, sonradan onlara əməl etməyib. Tehran son aylarda İrana qarşı tətbiq edilən yeni sanksiyaların da ləğvini tələb edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu