İran ABŞ ilə danışıqlar aparmadığını bəyan edib


ABŞ Prezidenti Donald Trampın Tehran və Vaşinqton arasında danışıqlar aparılması barədə bəyanatları yalandır. İran yalnız Omanla Hürmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi məsələsini müzakirə edir.

AFN.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bildirib.

O, keçirdiyi mətbuat konfransında hazırda ABŞ ilə heç bir danışıqların aparılmadığını, yalnız Hürmüz boğazı vasitəsilə təhlükəsiz hərəkəti təmin edəcək marşrut üzrə Omanla müzakirələrin davam etdiyini vurğulayıb.

Qeyd edək ki, Donald Tramp ABŞ və İranın avqustun 3-də sülh sazişi üzrə danışıqlara başlayacağını elan edib. O, həmçinin Tehranla razılaşmaya nail olmaq naminə İrana nəzərdə tutulan kütləvi zərbəni ləğv etdiyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu