Türkiyə Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasında iştirak etməyə hazırdır


Türkiyə Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsinə öz töhfəsini verməyə hazırdır.

AFN.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

"Biz Hörmüz boğazındakı hadisələri diqqətlə izləyirik. Boğazda enerji təchizatının, dəniz ticarətinin və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi qlobal sabitlik üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmiz beynəlxalq hüquq çərçivəsində bu istiqamətdə öz töhfəsini verməyə hazırdır", – deyə nazirlikdən qeyd olunub.

Ankara ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması barədə əldə olunmuş razılaşmaları alqışlayıb və müvafiq memorandumun imzalanmasının regionda davamlı sülhə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Türkiyə hərbi idarəsi bütün maraqlı tərəfləri əldə olunmuş razılaşmaların reallaşması üçün təmkin nümayiş etdirməyə çağırıb.

Xatırladaq ki, iyunun 17-də ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının "artıq qismən açıq" olduğunu və yaxın bir-iki gün ərzində gəmiçilik üçün tam açılacağını bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu