Tramp: Hörmüz boğazındakı gərginliyin tənzimlənməsinə kömək edəcəyik
ABŞ Prezidenti Donald Tramp dünya sülhü üçün böyük bir gün olduğunu bildirərək, Hörmüz boğazındakı nəqliyyat sıxlığının tənzimlənməsinə kömək edəcəklərini və bir çox müsbət addımların atılacağını qeyd edib.
AFN.az xəbər verir ki, Tramp Hörmüz boğazının tamamilə açılması şərti ilə İranla iki həftəlik qarşılıqlı atəşkəsin elan edilməsinə dair sosial media hesabında paylaşım edib.
Dünya sülhü üçün tarixi bir an yaşandığını vurğulayan Tramp, İranın da bunu istədiyini və artıq bezdiyini müdafiə edib. ABŞ-ın Hörmüz boğazındakı gəmi hərəkətinin nizamlanmasına dəstək verəcəyini və bölgədə müsbət proseslərin başlayacağını bildirən Tramp: "Böyük pullar qazanılacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Biz hər cür ləvazimatı ora yükləyəcəyik və hər şeyin qaydasında getdiyinə əmin olmaq üçün orada qalacağıq. Hər şeyin yaxşı olacağına inanıram. Eynilə ABŞ-da olduğu kimi, bu dövr Yaxın Şərqin 'Qızıl Dövrü' ola bilər" deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Tramp bir qədər əvvəl Hörmüz boğazının tamamilə açılması müqabilində İranla iki həftəlik qarşılıqlı atəşkəsi qəbul etdiyini açıqlamışdı.
