Trampdan İrana Hörmüz mesajı: 48 saat qaldı



ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması və yeni bir sazişin bağlanması üçün İrana verdiyi vaxtın başa çatmaq üzrə olduğunu bildirərək ciddi xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, Tramp özünün "Truth Social" hesabından paylaşım edərək İran rəhbərliyinə qarşı təhdidlərini yenidən dilə gətirib. O, İrana razılaşma əldə etmək və ya strateji əhəmiyyətli Hörmüz boğazını gəmilərin hərəkəti üçün açmaq məqsədilə daha əvvəl tanıdığı on günlük müddəti xatırladaraq, artıq geri sayımın başladığını elan edib.

Donald Tramp paylaşımında İrana verdiyi müddətin daraldığını vurğulayaraq, cəhənnəm əzabının onların üzərinə çökməsinə cəmi 48 saat qaldığını qeyd edib və sonda "Tanrıya şükürlər olsun" ifadəsini işlədib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu