İran Silahlı Qüvvələrindən Trampa: Müharibənin nəticəsi sosial media paylaşımları ilə müəyyən edilə bilməz



İran Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarını idarə edən bölmə olan Xatəmul-Ənbiya Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfiqari ABŞ Prezidenti Donald Trampa müraciət edərək müharibənin nəticəsinin sosial şəbəkə paylaşımları ilə təyin olunmayacağını bildirib.

AFN.az xəbər verir ki, sözçü Zülfiqari "X" sosial media hesabından paylaşdığı ingilisdilli video müraciətində birbaşa ABŞ dövlət başçısına səslənib. Trampın İrana qarşı hücumlarla bağlı paylaşımlarına işarə edən və müharibənin nəticəsinin virtual platformalarda bəlli olmayacağını vurğulayan Zülfiqari qeyd edib ki, döyüşün nəticəsi sizin və qüvvələrinizin yaxınlaşmağa cəsarət etmədiyi, ancaq tvitlərinizdə bəhs edə bildiyiniz o real meydanda müəyyənləşir.

Zülfiqari həmçinin ABŞ-ın İrana qarşı hücum əməliyyatlarına verdiyi adla da lağ edərək bildirib ki, bu müharibəni "Dastansız Qəzəb" əvəzinə "Dastansız Qorxu" adlandırmaq daha məqsədəuyğun olardı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu