Tramp Zelenskiyə görə xəyal qırıqlığı yaşayıb

Prezident Tramp Zelenskinin masaya gəlməməsindən və bu fürsətdən istifadə etməməsindən çox məyusdur.
AFN.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı gündəmi dəyərləndirən Vals Ukrayna prezidenti Zelenskiyə sərt sözlər işlədib.
3 ildir davam edən müharibənin heç vaxt başlamamalı olduğunu və bu günə qədər gəlməməli olduğunu bildirən Vals, müharibənin bu qədər uzanmasında Ukrayna rəhbərliyinin böyük rol oynadığını iddia edib.
ABŞ prezidenti Trampın yeganə məqsədinin müharibəni bitirmək olduğunu bildirən müşavir bunun bütün tərəflərin xeyrinə olduğunu qeyd edib.
"Prezident Tramp Zelenskinin masaya gəlməməsindən və bu fürsətdən istifadə etməməsindən çox məyusdur. Zelenski sonda o nöqtəyə çatacaq və ümid edirəm ki, bu, tez baş verəcək" - deyə o bildirib.
Vals həmçinin Ukraynanı ABŞ prezidenti Donald Trampa qarşı bəyanatlarını yumşaltmağa və Trampın təkid etdiyi mədən sazişini gecikdirmədən imzalamağa çağırıb.