Tramp: İrana qarşı hücumlar dörd həftə çəkə bilər



ABŞ Prezidenti Donald Tramp İrana qarşı başladılan hərbi əməliyyatların dörd həftə və ya daha az müddət ərzində tamamlana biləcəyini bəyan edib.

AFN.az xəbər verir ki, Britaniyanın "Daily Mail" qəzetinə müsahibə verən Tramp ABŞ və İsrailin birgə həyata keçirdiyi hücumları dəyərləndirib.

Səudiyyə Ərəbistanının əvvəlcə hədəf alındıqdan sonra İrana qarşı hücumlara başlaya biləcəyi ilə bağlı iddialara cavab verən Tramp "Onlar da döyüşürlər, onlar da döyüşürlər", - deyə bildirib. Əməliyyatın müddəti barədə danışan ABŞ lideri bu prosesin planlaşdırılmış bir müddəti olduğunu vurğulayaraq "Bu, həmişə təxminən dörd həftəlik bir proses olub. İran nə qədər güclü olursa olsun, böyük bir ölkədir, ona görə də bu iş dörd həftə və ya daha az çəkəcək" deyib.

Tramp həmçinin əməliyyatın planlaşdırılan vaxtdan daha sürətli irəlilədiyini və hədəf alınan nöqtələrdə əhəmiyyətli nəticələr əldə edildiyini iddia edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu