İran Hörmüz boğazından keçid haqqı alacaq



İranın Hörmüz boğazından keçən gəmilərdən keçid haqqı alınması ilə bağlı parlamentdə müzakirə edilmək üzrə qanun layihəsi hazırladığı bildirilib.

AFN.az xəbər verir ki, İranın yarı-rəsmi ISNA xəbər agentliyinin bir millət vəkilinə istinadən yaydığı məlumata görə, sənəd Hörmüz boğazından keçid qaydalarını tənzimləmək məqsədi daşıyır. Qanun layihəsində qeyd olunur ki, Hörmüz boğazının gəmi hərəkəti, enerji tranziti və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün təhlükəsiz marşrut kimi istifadə olunması müqabilində dövlətlər İrana keçid haqqı və vergi ödəməyə borclu olacaqlar.

Məsələ ilə bağlı açıqlama verən İran lideri Ayətullah Müctəba Xameneyinin məsləhətçisi Məhəmməd Möhbir də Hörmüz boğazı üçün yeni sistemin müəyyən ediləcəyini vurğulayıb. ABŞ və İsrailin İrana qarşı birgə hücumlarına cavab olaraq Tehranın qisas əməliyyatları davam edərkən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazını ABŞ, İsrail və onların müttəfiqləri ilə əlaqəli gəmilərin keçidi üçün bağlamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu