İran Hörmüz boğazına tam nəzarət etdiyini açıqlayıb


İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına tam nəzarət etdiyini, keçməyə cəhd edən 10 neft tankerinin raket və dronlarla vurulduğunu bəyan edib.

AFN.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Məhəmməd Əkbərzadə açıqlayıb.

"Dəfələrlə xəbərdarlıq etmişdik ki, Hörmüz boğazından keçmək təhlükəsiz deyil. Tələblərimizə məhəl qoymayan 10 tanker məhv edilib. Hazırda boğaz tamamilə İranın nəzarətindədir" - deyə Əkbərzadə bildirib.

Bundan əvvəl SEPAH komandanının müşaviri general İbrahim Cabari boğazın bağlanması səbəbindən neftin qiymətinin 200 dollara çata biləcəyini vurğulamışdı. O, bölgədən yanacaq çıxarmağa cəhd edən istənilən ölkəyə zərbə endiriləcəyini qeyd edib.

Qeyd edək ki, dünya neft ixracının təxminən beşdə biri Hörmüz boğazından keçir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu