İlon Mask: Grok-un işlədilməsi xərcləri əldə olunan gəlirlə müqayisədə dayanıqlı deyil
ABŞ-li milyarder iş adamı İlon Mask süni intellekt əsaslı çatbot Grok-un hesablama xərclərinin əldə edilən gəlirlə müqayisədə dayanıqsız dərəcədə yüksək olduğunu bildirib.
X platformasındakı hesabından paylaşım edən bir istifadəçi Maskın şirkəti xAI tərəfindən hazırlanmış süni intellekt çatbotu Grok-un həftəlik istifadə limitinə çoxsaylı abunəçilərin adi haldan xeyli qısa müddətdə çatdığını bildirərək istifadə hüquqlarının sıfırlanmasını tələb edib.
AFN.az xəbər verir ki, Mask sözügedən paylaşımı cavablandıraraq Grok çatbotunun işlədilmə xərclərinin əldə olunan gəlirlə müqayisədə dayanıqsız dərəcədə yüksək olduğunu qeyd edib.
Çoxmərhələli tapşırıqları yerinə yetirə bilən Grok süni intellekt çatbotu müxtəlif ödənişli abunəlik planları çərçivəsində istifadəçilərə təqdim olunur.

