Kreml: Zelenski zəng etsə, Putin telefonuna cavab verəcək



Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Ukrayna Prezidenti Volodimir Zelenskinin zəng etməsi halında Rusiya Prezidenti Vladimir Putinin telefona cavab verəcəyini bildirib.

AFN.az xəbər verir ki, Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Rusiya mətbuatına Ukrayna ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlara Avropa nümayəndələrinin qatılması ehtimalı barədə danışıb.

Amerikalılarla işçi səviyyədə təmaslarının olduğunu deyən Uşakov bu səbəbdən danışıqların ilk mərhələlərinin üçtərəfli formatda keçirilməsinin məntiqli olduğunu bildirib.

Uşakov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşə biləcəyini qeyd edərək, müxtəlif kanallar vasitəsilə siqnallar göndərdiyini söyləyib.

“Zelenski zəng etsə, Putin telefona cavab verərmi?” sualına isə Uşakov Putinin zəngə cavab verəcəyini düşündüyünü və onun heç vaxt görüşməkdən imtina etmədiyini deyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu