Səudiyyə Ərəbistanı sahillərində tanker iki naməlum sursatla vurulub



Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) Səudiyyə Ərəbistanı sahillərində tankerin kimliyi hələ müəyyən edilməyən iki sursatla vurulduğunu açıqlayıb.

AFN.az xəbər verir ki, UKMTO-nun yaydığı açıqlamada tankerin kapitanından Fars körfəzində baş verən hadisə ilə bağlı məlumat daxil olduğu bildirilib.

Açıqlamada sözügedən tankerin Səudiyyə Ərəbistanının Fars körfəzi sahilində yerləşən Ras əl-Xafci bölgəsindən 72 dəniz mili şimal-şərqdə mənbəyi və növü hələ müəyyənləşdirilməyən iki sursatla vurulduğu qeyd edilib.

Sursatların gəminin sol bortuna dəydiyi bildirilən açıqlamada hadisə nəticəsində ölən və ya yaralanan olmadığı vurğulanıb.

Açıqlamada, həmçinin, bölgədən keçən gəmilərə ehtiyatlı olmaları barədə çağırış edilib və şübhəli fəaliyyətlərin UKMTO-ya bildirilməsi tövsiyə olunub.

Hücuma məruz qalan tankerin adı və bayrağı barədə isə məlumat verilməyib.

UKMTO dünən axşam saatlarında da Hörmüz boğazında bir gəmiyə hələ müəyyən edilməyən bir cismin dəydiyini bildirmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu