Oman sahillərində tankerin maşın şöbəsində yanğın baş verib
Oman sahillərində tankerin maşın şöbəsində güclü yanğın qeydə alınıb.
AFN.az xəbər verir ki, bu barədə Böyük Britaniya HDQ yanındakı Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) bildiriş yayıb. Məlumata görə, insident Omanın Suhar şəhərindən 21 dəniz mili (39 km) şimal-şərqdə baş verib. Yerli hakimiyyət orqanları ekoloji ziyarətin olmadığını qeyd ediblər. Hadisə rəsmən "şübhəli fəaliyyət" kimi təsnif edilib, gəminin adı isə açıxlana bilməz.
Qeyd edək ki, bir gün əvvəl də Suhar yaxınlığında analoji insident qeydə alınmışdı. Hmin vaxt tankerdə baş verən yanğın nəticəsində bir nəfər həyatını itirmiş, iki nəfər isə itkin düşmüşdü.



