Yəmən sahillərində daha bir gəmi hücuma məruz qalıb
Yəmənin cənub-qərb sahillərində yenidən gəmiyə hücum qeydə alınıb. Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Mərkəzi fevralın 19-na keçən gecə Moça liman şəhərindən 35 dəniz mili cənubda insident baş verdiyini bildirib.
Kapitan gəminin bilavasitə yaxınlığında partlayışın baş verdiyini və bunun nəticəsində gəmiyə ziyan dəydiyini bildirib. O, bütün ekipaj üzvlərinin təhlükəsizlikdə olduğunu qeyd edib. Mərkəz gəminin adını və növünü açıqlamayıb.
Daha sonra departament aydınlaşdırıb ki, ekipaj hərbi hakimiyyət orqanlarına görə gəmini tərk edib. UKMTO əlavə edib ki, gəmilərə ehtiyatlı davranmaq və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə olunub.