Yəmən sahillərində ticarət gəmisi yaxınlığında partlayış baş verib
Yəmənin Ədən limanı sahillərində ticarət gəmisi yaxınlığında partlayış baş verib.
Britaniya Gəmiçilik Təşkilatından (UKMTO) verilən xəbərə görə, Ədən limanı yaxınlığında ticarət gəmisi yaxınlığında partlayış baş verdiyi və hadisənin səlahiyyətli orqanlar tərəfindən araşdırıldığı barədə xəbərlər daxil olub.
Partlayışla bağlı təfərrüat verilməsə də, gəmi və ekipajın təhlükəsiz olduğu açıqlanıb.
Bundan əlavə, yaxınlıqdakı gəmilərə diqqətlə tranzit keçmələri və hər hansı şübhəli fəaliyyət barədə quruma məlumat vermələri tövsiyə olunub.