Ukrayna "SpaceX" vasitəsilə ilk sınaq rabitə peykini orbitə çıxarıb


Ukraynanın "Himera" şirkəti Danimarkanın "GomSpace" şirkəti ilə birgə "SpaceX"-in "Transporter-18" missiyası çərçivəsində ilk sınaq rabitə peykini orbitə çıxardığını açıqlayıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin "Facebook" səhifəsində yayılan məlumata görə, "Obria Nano" adlı peyk 2026-cı il oktyabrın 1-də orbitə buraxılıb və artıq istismara verilib.

Layihənin məqsədi Ukraynanın rabitə kanallarını şaxələndirmək və ölkənin xarici infrastrukturlardan strateji asılılığını azaltmaqdır. Şirkət gələcəkdə peyklərin və yerüstü terminalların istehsalını Ukraynada lokallaşdırmağa ümid edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu