İran ABŞ-ın mümkün yeni hücumuna qarşı hazırlıq görür
ABŞ-ın noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı yeni hərbi əməliyyata başlama ehtimalının olduğu bildirilir.
AFN.az xəbər verir ki, "The Wall Street Journal" qəzeti ABŞ-ın bir sıra Fars körfəzi ölkələrini qısa, lakin intensiv hərbi kampaniyaya hazırlaşmaq barədə xəbərdar etdiyini yazıb.
Nəşrin məlumatına görə, diplomatik kanallarla ötürülən mesajlar ABŞ və İsrailin Tehranın mövqelərini zəiflətmək və onu danışıqlara sövq etmək məqsədilə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yeni mərhələsinə hazırlaşdığını göstərir.
"Haaretz" qəzeti isə daha əvvəl, oktyabrın 27-də İsrailin baş naziri Benyamin Netanyahunun parlament seçkilərindən əvvəl İrana qarşı hücumları yenidən başlatmaq niyyətində olduğunu, lakin ABŞ Prezidenti Donald Trampın buna “yaşıl işıq” yandırmadığını yazıb. Nəşr qeyd edib ki, Netanyahunun müxalifətində olan blok seçkilərdə qalib gələrsə, onun liderləri düşünülməmiş hərbi addımlara yol verməyəcəklərini dərhal bəyan etməlidirlər.
