İran: ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırlaşır


İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı ABŞ-ın İrana qarşı hərbi əməliyyatları yaxın vaxtlarda yenidən başlatmağa hazırlaşdığını açıqlayıb.

AFN.az xəbər verir ki, qərargahın yaydığı bəyanatda ABŞ-ın bölgədəki bəzi ölkələrdən “yaşıl işıq” aldıqdan sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində olduğu iddia edilir.

Bəyanatda qeyd olunub ki, ABŞ müharibədəki məğlubiyyətlərini ört-basdır etmək və xəyali uğurlar əldə etmək məqsədilə belə bir addım atmağa hazırlaşır.

Tehran xəbərdarlıq edib ki, ABŞ-ın yeni mümkün hücumunu dəstəkləyəcək heç bir dövlət İran Silahlı Qüvvələrinin təmkininə və nəcibliyinə arxalana bilməyəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu