Demokratlar Yaxın Şərqə sülh gətirəcəkmi?


İraqın xarici işlər naziri Fuad Hüseyn ABŞ Konqresində demokratların qələbəsinin Yaxın Şərqdə sülhün təmin olunmasına zəmanət vermədiyini bildirib.

AFN.az xəbər verir ki, nazir bu barədə “Al Hadath” telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, ABŞ və İran arasında hərbi əməliyyatların yenidən başlaması kifayət qədər real ehtimaldır.

Hüseyn bildirib ki, Bağdad ölkəsinin yenidən hərbi münaqişəyə cəlb olunmaması üçün bütün səylərini göstərəcək. O, döyüş əməliyyatlarında iştirakın İraq üçün fəlakətli nəticələrə səbəb olacağını və ölkəni çıxılmaz vəziyyətə salacağını vurğulayıb.

Bundan əvvəl “Axios” portalı Vaşinqtonun Tehranla münaqişənin həlli üçün üç variantı nəzərdən keçirdiyini yazıb. Bunlara İranı ABŞ üçün əlverişli razılaşmaya sövq etmək, hərbi əməliyyatları bərpa etmək və ya sülh sazişi bağlamaq daxildir.

Portalın məlumatına görə, ABŞ silahlı qüvvələri İrana qarşı genişmiqyaslı əməliyyatların yenidən başlanması ehtimalına hazırlaşır və regiondakı hərbi qüvvələrini artırır. Eyni zamanda, Qətər vasitəçiləri Vaşinqton və Tehranın sülh sazişi layihəsini qəbul etməsinə nail olmağa çalışır və yaxın günlərdə birbaşa danışıqların bərpasına ümid edirlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu