Rubio prezidentliyə namizəd olacağı təqdirdə Vensə dəstək verəcək


ABŞ dövlət katibi Marko Rubio vitse-prezident Cey Di Vens 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürərsə, onu dəstəkləyəcəyini bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Rubio bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb. O, Vensi yaxın dostu adlandıraraq, onun prezidentliyə güclü namizəd ola biləcəyini və dəstək verən ilk şəxslərdən biri olacağını deyib.

Dövlət katibi özünün 2028-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala isə cavab verməkdən yayınaraq bu mövzuda danışmaq istəmədiyini bildirib.

“The Independent” qəzeti mənbələrinə istinadən Rubionun 2028-ci il prezident seçkilərinə hazırlıq məqsədilə vəzifəsindən istefa verə biləcəyini yazıb. Nəşrin iddiasına görə, Respublikaçılar Partiyasının aralıq Konqres seçkilərində məğlub olması halında Rubio administrasiyanın siyasətindən, o cümlədən İran müharibəsi ilə bağlı mövqeyindən uzaqlaşmaq üçün dövlət katibi vəzifəsini tərk edə bilər.

Qəzet hesab edir ki, belə bir addım Rubionun Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq uğrunda Cey Di Venslə rəqabətdə şanslarını artıra bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu