Rubio: ABŞ İranda hakimiyyət dəyişikliyinə can atmır



ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton administrasiyası İranda hakimiyyətin zorakı yolla dəyişdirilməsini öz vəzifəsi hesab etmir. Lakin proseslərin bu cür sonlanması yaxşı olardı.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Rubio ABŞ-ın İrandakı rejimin dəyişməsinə şad olacağını deyib: "Prezident Donald Trampın dediyi kimi, o, İran xalqının bu fürsətdən istifadə edərək ayağa qalxmasını və mövcud rəhbərliyi devirməsini istərdi. Lakin bu əməliyyatın əsas məqsədi onların bizə və bölgədəki müttəfiqlərimizə təhlükə yarada biləcək silahlara malik olmamasını təmin etməkdir", – deyə Rubio bildirib.

Dövlət katibi hakimiyyəti güclə dəyişmək istəyən qüvvələrə kömək ehtimalı barədə danışarkən deyib: "Əgər onlara kömək etmək üçün nəsə edə bilsək, əlbəttə ki, buna hazır olarıq. Amma əsas hədəf bu deyil".

ABŞ-ın İranda potensial olaraq kimin hakimiyyətə gələcəyinə təsir edib-etməyəcəyi barədə suala isə Rubio belə cavab verib: "Edə bilərik. Görək hadisələr necə cərəyan edəcək".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu