Tramp: Seçkidə uduzsam, bir daha namizəd olmayacağam


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərində uduzacağı təqdirdə yenidən prezidentlik yarışına qatılmaq fikrində olmadığını açıqlayıb.



ABŞ-ın keçmiş prezidenti Tramp jurnalist Şaril Atkissonun proqramında iştirak edib və seçki gündəmini dəyərləndirib.

Seçkiləri uduzsa, 2028-ci il prezident seçkilərinə girməyi düşünüb-düşünmədiyini soruşduqda Tramp belə cavab verib: "Xeyr, düşünmürəm. Düşünürəm ki, hamısı bu qədər olacaq. Amma ümid edirəm ki, uğur qazanacağıq".

78 yaşlı Tramp fikrini dəyişsə, seçkiləri uduzsa və növbəti prezident seçkilərinə qatılsa, 2028-ci ildə onun 82 yaşı tamam olacaq.

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Tramp Ağ Evdəki kürsüyə çıxmaq üçün demokrat rəqibi Kamala Harrislə yarışacaq.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu