Tramp ən yaxın rəqibindən 43 xal öndədir
ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində namizədliyi uğrunda partiyasındakı ən yaxın rəqibini 43 xal qabaqlayır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürmüş keçmiş prezident Donald Tramp ən yaxın rəqibi Florida ştatının qubernatoru Ron DeSantisisdir. Onların arasında 43 xal fərq var.
"Morning Consult"un Respublikaçıların praymerizləri arasında keçirdiyi sorğunun nəticələri göstərir ki, Tramp digər namizədləri xeyli qabaqlayır. 2024-cü il prezident seçkiləri üçün Respublikaçılar Partiyasında namizədlərin və mümkün adların əks olunduğu sorğuda iştirakçıların yüzdə 61-i Tramp deyərkən, qubernator DeSantis 43 bənd geriləyərək 18 faizdə qalıb.
Sorğuda keçmiş vitse-prezident Mayk Pens 6 faiz, Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş daimi nümayəndəsi Nikki Heyli və respublikaçı namizəd Vivek Ramasvami isə 4 faiz səs toplayıb.
Mayın 12-dən 14-dək keçirilən sorğu milli səviyyədə 3571 Respublikaçı ilkin seçici arasında keçirilib.
Florida qubernatoru DeSantis hələ 2024-cü il prezident seçkiləri üçün namizədliyini bəyan etməyib, lakin Respublikaçılar Partiyası bazası ilə populyarlığına görə yarışa girəcəyi gözlənilir. Bu səbəbdən də artıq zaman-zaman Trampın xəbərdarlıqlarına məruz qalır.