Tramp Ayova ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib
ABŞ-da ənənəvi olaraq prezident seçkiləri yarışının başladığı Ayova ştatında Respublikaçı namizədləri qarşı-qarşıya qoyan ilkin seçkilərdə səslərin sayılması prosesi sona yaxınlaşarkən, səsvermə qutularının yüzdə 82-nin səslərin sayıldığı qeyd edilib.
AP xəbər agentliyinin açıqladığı qeyri-rəsmi nəticələrə görə, Tramp Ayova ştatında rəqibləri, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli və Florida ştatının qubernatoru Ron DeSantisi geridə qoyaraq qalib gəlib. Heyli və DeSantisin ikinci yer tutmaq üçün yekun nəticələri gözlədikləri bildiriliriblər.
İlkin nəticələrə görə, Tramp bu ştatda 51 faizdən çox səs toplayaraq yarışın qalibi elan edilib. DeSantis 21 faiz, Haley isə 19 faiz səslərin hesablanmasının ardınca gedir.
Digər tərəfdən, respublikaçıların başqa bir namizədi Vivek Ramasvami 7 faiz səs toplaya bilib.
ABŞ-da növbəti ilkin seçkilər yanvarın 23-də Nyu-Hempşir ştatında keçiriləcək və ilkin seçki prosesi iyunun 8-dək davam edəcək.
İyul və avqust aylarında keçiriləcək partiya qurultaylarında həm Demokratlar Partiyası, həm də Respublikaçılar prezident seçkiləri üçün rəsmi namizədlərini müəyyənləşdirəcəklər.
Noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələcək namizəd 2025-ci il yanvarın 20-də öz yerini tutacaq.