Sorğu nəticələri açıqlandı: Tramp qayıdır?
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri üçün ilkin seçki sorğusunda ehtimal olunan Respublikaçı rəqibi, Florida qubernatoru Ron DeSantisdən 17 bal çox səs toplayıb.
AFN.az ABŞ mediasına istinadən xəbər verir ki, “Morning Consult”un keçirdiyi sorğuya əsasən, Tramp səslərin 48 faizini, DeSantis isə 31 faizini toplayıb.
Sorğunun nəticələrinə görə, 2024-cü il prezident seçkiləri üçün digər potensial namizədlər arasında keçmiş vitse-prezident Mayk Pens 8 faiz, keçmiş konqresmen Liz Çeyni 3 faiz, Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş daimi nümayəndəsi Nikki Heyli və Texas senatoru Ted Kruz 2 faiz səslə yer alıb.
Sorğu Florida qubernatoru DeSantisin ABŞ prezidenti Co Baydenə qarşı ümumi seçki oyununda Trampı üstələyə biləcəyini ortaya qoyub. Belə ki, prezident Bayden 2024-cü il seçkilərində yenidən namizəd olacağı təqdirdə seçicilər DeSantisə 44 faiz, Baydenə isə 41 faiz səs verib. Tramp isə 43 faizə qarşı 40 faiz səs toplayaraq, Baydendən 3 bal geri qalıb. Bildirilir ki, sorğu yanvarın 13-15-də 829 potensial Respublikaçı ilkin seçici arasında keçirilib.
Florida qubernatoru DeSantis hələ 2024-cü il prezident seçkilərində namizədliyi ilə bağlı açıqlama verməyib, Tramp isə keçən ilin noyabrında namizədliyini elan edən ilk respublikaçı olub.