ABŞ prezidentliyi uğrunda mübarizədə Tramp Nyu-Hempşirdə keçirilən praymerizdə qalib gəlib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrın 5-də ABŞ-da prezident seçkiləri üçün Nyu-Hempşir ştatında keçirilən Respublikaçılar Partiyasının praymerizində qələbə qazanıb.
Respublikaçı namizədlər arasında keçirilən prezident seçkilərində seçki qutularının 84 faizi açılıb.
"Associated Press"in açıqladığı qeyri-rəsmi nəticələrə görə, Tramp Ayova ştatında keçirilən praymerizlərdən sonra ikinci dəfə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylidən daha çox səs toplaya bilib.
İlkin nəticələrə görə, Tramp bu ştatda ən azı 54,6 faiz səs toplayaraq yarışın qalibi elan edilib. Heyli isə ən güclü dəstəyə malik olduğu ştatda 43,5 faiz səs toplaya bilib.
Nyu-Hempşir ştatının ilkin seçki nəticələrinə görə, prezidentlik yarışında Respublikaçılar Partiyası tərəfindən namizəd olma şansını gücləndirən Trampın tərəfdarları Heylinin yarışı tərk etməsi üçün təzyiqləri artırıb, qadın siyasətçi isə kampaniyasını davam etdirəcəyini bəyan edib.
Heyli seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra verdiyi açıqlamada, "Bu yarış hələ bitməyib. Qarşıda onlarla ştat var" - deyə bildirib.
İyul və avqust aylarında keçiriləcək partiya qurultaylarında həm Demokratlar, həm də Respublikaçılar prezident seçkiləri üçün rəsmi namizədlərini müəyyənləşdirəcəklər.
Noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələcək namizəd 2025-ci il yanvarın 20-də öz vəzifəsinin icrasına başlayacaq.