ABŞ-da yaşayış evində yanğın: 6 nəfər ölüb



ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda ikimərtəbəli evdə baş verən yanğın nəticəsində ilkin məlumata görə, 6 nəfər həyatını itirib, 3-ü yanğınsöndürən olmaqla 7 nəfər yaralanıb.

AFN.az xəbər verir ki, Nyu-York Yanğınsöndürmə Departamentinin açıqlamasında Bruklinin Sunset Park məhəlləsində yerləşən ikimərtəbəli evdə gecə saatlarında yanğın baş verdiyi bildirilib.

200-dən çox yanğınsöndürənin müdaxilə etdiyi yanğının 3 saat davam edən işlərdən sonra nəzarət altına alındığı qeyd olunub.

Açıqlamada yanğın nəticəsində 6 nəfərin həyatını itirdiyi, 3-ü yanğınsöndürən olmaqla 7 nəfərin yaralandığı bildirilib.

Yanğının başvermə səbəbi araşdırılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu