Fransada bina yanğını: 3 nəfər ölüb, 21 nəfər yaralanıb


Fransanın cənubundakı Alpes-Maritimes bölgəsində bir binada baş verən yanğında 3 nəfər ölüb, 21 nəfər yaralanıb.


"Radio-France"ın xəbərinə görə, səhər saatlarında Qras şəhərində 5 mərtəbəli binada yanğın baş verib.

Hadisə zamanı 3 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 21 nəfər yaralanıb.

Bölgəyə 50-yə yaxın xilasedicinin 17 maşınla müdaxilə etdiyi yanğın nəzarət altına alınıb.

Yanğının baş verdiyi bina və ətrafdakı tikililər ehtiyat tədbiri olaraq təxliyyə edilib.

Səbəbi hələ dəqiqləşdirilməyən yanğınla bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu