İranda narkoloji mərkəzdə baş verən yanğında 32 nəfər ölüb
![](/uploads/posts/2023-11/1699002311_iran-1477871_1-1.jpg)
İranın şimalındakı Lengerud şəhərində narkotik maddələrin istifadəçilərinin reabilitasiya mərkəzində baş verən yanğında 32 nəfər həyatını itirib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, səhər saatlarında Xəzər dənizi sahilində Gilan vilayətinin Lengerud şəhərindəki narkotik maddələrin istifadəçilərinin reabilitasiya mərkəzində yanğın baş verib.
Özəl sektora məxsus olduğu bildirilən reabilitasiya mərkəzində baş verən yanğında 4-ü ağır olmaqla 32 nəfər ölüb, 16 nəfər yaralanıb.
Səlahiyyətlilər yanğının səbəbinin hələ müəyyən edilmədiyini və araşdırıldığını bildiriblər.