Zelenski Aİ-dən fövqəladə yardım mexanizmini işə salmağı istəyib
Ukraynanın bir sıra şəhər və bölgələrində elektrik enerjisi, su və istilik təchizatı ilə bağlı vəziyyət ağır olaraq qalır.
AFN.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, ən çətin vəziyyət Kiyevdə, Dnepropetrovsk və Sumı vilayətlərində müşahidə olunur.
Zelenski kommunal infrastrukturla bağlı problemləri Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə də müzakirə etdiyini bildirib. Tərəflər Aİ-nin fövqəladə hallar üçün nəzərdə tutulan xüsusi yardım mexanizmini işə salmaq barədə razılığa gəliblər.
Prezidentin sözlərinə görə, bu mexanizm Ukraynanın ən təcili ehtiyaclarının qarşılanması üçün operativ maliyyə vəsaiti ayrılmasına imkan verəcək.


