Avropa Komissiyasının sədri bu gün Ukraynaya səfər edəcək


Bu gün Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynaya səfər edəcək.



AFN xəbər verir ki, bunu o, tvitter səhifəsində yazıb.

“Biz Ukraynaya potensialını maksimum dərəcədə istifadə etməsinə imkan verəcəyik. Həmrəylik qruplarının uğuruna əsaslanaraq, biz vahid bazara maneəsiz çıxışı təmin edəcəyik. Bura Ukraynanın Avropanın azad rouminq zonasına daxil edilməsi də daxildir. Bu gün mən bütün bunları Prezident Volodimir Zelenski ilə müzakirə etmək üçün Kiyevə gedirəm”, - Ursula fon der Lyayen bildirib.

Qeyd edək ki, sentyabrın 10-da Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevdə səfərdə olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu