Avropa İttifaqı Rusiya neftinə sanksiya hazırlayır
Avropa İttifaqı Moskvanın Ukraynaya hücumuna cavab olaraq Rusiyaya qarşı sanksiyaların 9-cu mərhələsi üzərində işləyir. AFN.az xəbər verir ki, Avropa Komissiyasının rhəbəri Ursula fon der Lyayen belə açıqlama verib.
Xanım fon der Lyayen Rusiyanın Ukraynanın mülki infrastrukturuna, o cümlədən enerji mənbələrinə hücumlarını müharibə cinayətləri adlandırıb. “Reuters”in yazdığına görə, Lyayen deyib ki, Aİ Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətini azaltmaq üçün "ağrıdığı yerdən" vurmaq niyyətindədir.
“Əminəm ki, tezliklə biz G7 ölkələri və digər əsas tərəfdaşlarla Rusiya neftinin qiymətinə qlobal həddi təsdiq edəcəyik. Biz Ukrayna Putini və onun qeyri-qanuni və barbar müharibəsini məğlub etməyənə qədər rahat olmayacaq”, - deyə fon der Leyen bildirib.
Avropa Komissiyasının rəhbəri Finlandiyaya səfəri zamanı Rusiyaya qarşı yeni sanksiyalar paketinin hansı tədbirləri ehtiva edə biləcəyi barədə ətraflı məlumat verməyib.
Xanım Lyayen Rusiyanın Ukraynanın energetika sektoruna və mülki infrastrukturuna hücumlarını müharibə cinayətləri adlandıraraq deyib:
“Mən onu da bilirəm ki, ukraynalı dostlarımız Rusiyanın bu strategiyasının öhdəsindən gələcəklər. Çünki onlar güclüdürlər və onların işi ədalətlidir. Biz, Avropa İttifaqı, bu çox çətin zamanlarda onlara nə qədər lazım olursa, dəstək verəcəyik”.
M.Vahidli
AFN.az