ABŞ İranın gəlir mənbələrini bloklamağı hədəfləyir
ABŞ-ın maliyyə naziri Skott Bessent İranı danışıqlar masasına qaytarmaq məqsədilə həyata keçirilən iqtisadi təzyiq kampaniyasının nə qədər davam edəcəyini bilmədiyini deyib.
AFN.az xəbər verir ki, Bessent CNBC telekanalına müsahibəsində ABŞ-ın İranı danışıqlara qaytarmaq üçün nə qədər vaxta ehtiyac duyacağı ilə bağlı suala cavab verib.
“Vaxt çərçivəm yoxdur”, – deyə nazir bildirib. Bununla yanaşı, o, iki aydan artıqdır davam edən “İqtisadi pariya” əməliyyatını çox uğurlu hesab etdiyini vurğulayıb.
“İqtisadi pariya” kampaniyası çərçivəsində Vaşinqton İran hakimiyyətinin bütün gəlir mənbələrini bloklamağı hədəfləyir.
Nazir həmçinin ABŞ-ın İrana qarşı yeni sanksiyaları üçüncü ölkələrə də tətbiq etməyə hazır olduğunu bildirib.
