Kris Rayt: ABŞ hərbçiləri Fars körfəzində qalacaq
ABŞ-ın energetika naziri Kris Rayt Amerika hərbçilərinin Fars körfəzində ehtiyac olduğu müddətcə qalacağına əminliyini ifadə edib.
AFN.az xəbər verir ki, o, bu barədə CNBC telekanalının efirində danışıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzində lazım olduğu qədər qalıb-qalmayacağı ilə bağlı suala cavab verərkən nazir bildirib: "Əminəm ki, onlar orada qalacaqlar".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək İrana qarşı miqyaslı zərbələri bərpa edib. Avqustun 24-də isə ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonun Tehranın gəlir mənbələrini tamamilə bloklamaq məqsədilə İrana qarşı birtərəfli sanksiyalar rejimini kəskin şəkildə sərtləşdirdiyini elan edib.
