ABŞ hələlik İrana qarşı hərbi əməliyyatları dayandırmaq fikrində deyil
Birləşmiş Ştatlar yaxın vaxtlarda İrana qarşı hərbi əməliyyatları başa çatdırmaq niyyətində deyil.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Livan Prezidenti Cozef Aoun ilə görüşü zamanı bəyan edib.
"İranlıların özlərindən başqa heç kim onlara nə qədər zərər vurduğumuzu bilmir. Biz onlara elə bir zərbə vurmuşuq ki, özlərinə gəlmək üçün 20-25 il vaxt lazım olacaq. Sabah hərbi əməliyyatları dayandırsaq belə, bu, bizim üçün böyük uğur olardı. Lakin biz sabah geri çəkilmirik", — deyə Ağ Ev rəhbəri vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalasalar da, iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmaların pozulduğunu iddia edərək İrana qarşı miqyaslı zərbələri yenidən bərpa edib.
