Santyaqo Penya impiçment qərarına qarşı mübarizə aparacaq
Paraqvay prezidenti Santyaqo Penya barəsində başlanmış impiçment prosesi çərçivəsində özünü müdafiə edəcəyini və günahsızlığını sübut etməyə çalışacağını bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Penya bu barədə sosial şəbəkə hesabında yazıb. O, Konqres qarşısında çıxış edərək müdafiə hüququndan istifadə edəcəyini, arqument və sübutlara əsaslanacağını bəyan edib.
Prezident səlahiyyətli qurumlarla əməkdaşlıq etməyə, baş verənləri aydınlaşdırmağa və öz məsuliyyət dərəcəsini müəyyənləşdirməyə hazır olduğunu da vurğulayıb.
Xatırladaq ki, "Ueno Bank" ətrafında yaranmış qalmaqal fonunda Penya istefa verdiyini elan etsə də, kvorum olmadığı üçün Konqres onun istefası ilə bağlı səsvermə keçirə bilməyib. Buna görə də o, prezident vəzifəsini icra etməkdə davam edir.

