Merz Aİ-yə strateji xammal ehtiyatları yaratmağı təklif edib


Almaniya kansleri Fridrix Merz Avropa İttifaqında strateji əhəmiyyətli xammal ehtiyatlarının yaradılmasını təklif edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, Berlində Fridrix Avqust fon Hayek Fondunun təşkil etdiyi konfransda çıxışı zamanı kritik xammalın hasilatı və emalının az sayda ölkədə cəmləşməsinin ciddi risklər yaratdığını bildirib.

Merzin fikrincə, bu risklərin azaldılması üçün dövlət tədarük mənbələrinin şaxələndirilməsini dəstəkləməlidir.

Kansler Avropa İttifaqında kritik xammal ehtiyatlarının yaradılması ilə bağlı konkret təklif irəli sürdüyünü vurğulayıb. Onun sözlərinə görə, bu materiallar olmadan akkumulyatorların, güclü elektrik mühərriklərinin, yarımkeçiricilərin və gələcəkdə tələbatın artacağı bir çox digər məhsulların istehsalını təmin etmək mümkün deyil.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu