Almaniya kansleri: Ukraynadakı münaqişənin müddəti sanksiyalardan asılıdır

Almaniya kansleri: Ukraynadakı münaqişənin müddəti Rusiyaya qarşı sanksiyaların effektivliyindən asılıdır
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Hollandiyanın baş naziri Dik Şoff ilə birgə mətbuat konfransında danışıb.
Kansler bildirib ki, “Rusiyanın bu müharibəyə nə qədər dözə biləcəyi sualı həm də sanksiyaların nə dərəcədə effektiv olmasından asılıdır. Ona görə də biz və şəxsən mən Amerikanın indi sanksiyalar tətbiq etməsini təmin etməyə çox can atırıq.”
O əlavə edib ki, Avropa İttifaqının Rusiyaya qarşı yeni məhdudiyyətləri bank və enerji sektorlarını əhatə edəcək.
Fridrix Merz vurğulayıb ki, Ukraynaya hərbi dəstəyin göstərilməsi və Rusiyaya qarşı sanksiyaların icrasına nəzarətin zəiflədilməsi yolverilməzdir.