Almaniyada “Taurus” raketləri ilə bağlı narazılıq – Merz tənqid olunur

Almaniya kansleri Fridrix Merz uzaqmənzilli “Taurus” raketlərinin Ukraynaya ötürülməsi ehtimalı ilə bağlı qeyri-müəyyən açıqlamalarına görə partiyadaşları tərəfindən tənqid edilib.
AFN.az “Politico”ya istinadən xəbər verir ki, Almaniyanın mövqeyi ilə bağlı qeyri-müəyyənlik hətta Merzin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının (CDU) sıralarında narazılıq yaradıb və bunun Vladimir Zelenskinin mayın 28-də Berlinə səfərinə kölgə salacağı iddia edilib.
XDİ-nin aparıcı nümayəndələrindən biri Roderiç Kaysevetter deyib ki, kanslerin bəyanatları yalnız Avropanın zəifliyini ortaya qoyur: “Almaniyanın “Taurus” qanadlı raketlərini Ukraynaya ötürəcəyinə dair heç bir əlamət yoxdur. Mən hələ də koalisiyada birlik və siyasi iradə görmürəm”.
Bundan əvvəl Merz bildirib ki, Almaniya Berlin və müttəfiqləri tərəfindən Kiyevə verilən silahların çeşidinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırır. Siyasətçinin sözlərinə görə, oxşar qərarı Böyük Britaniya və Fransa da verib.