Almaniyanın müdafiə naziri Ukraynaya "Taurus" raketlərinin verilməsi çağırışlarına cavab verib
Almaniya hələ ki, Ukraynaya uzaqmənzilli "Taurus" raketlərinin verilməsi ilə bağlı heç bir qərar verməyib. Ölkə bu kimi məsələlərdə ehtiyatlı olaraq qalır.
AFN.az "Tagesspiegel"ə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. Ölkəsinin bu məsələdə çox diqqətli olduğunu deyən Pistorius raketlərin Ukraynaya çatdırılmasına başlamaq çağırışlarını şərh edərkən qeyd edib ki, baxış bucağı dəyişməyib. O, transferlə bağlı yekun qərarın hələ verilmədiyinə aydınlıq gətirib.
Qeyd edək ki, daha əvvəl alman mətbuatında Ukraynanın Almaniyadan uzaqmənzilli "Taurus" raketləri istəməsi barədə məlumat yayılmışdı. Həmçinin, Bundestaqın deputatlarından biri çatdırılmaların başlanmasına çağırıb.
Almaniyanın "Taurus" raketləri Ukraynanın artıq aldığı Britaniyanın "Storm Shadow" raketinə bənzəyir. Amma Almaniya istehsalı olan sursatlar 500 kilometrə qədər məsafədəki hədəfləri vura bilir. Raketin çəkisi 1400 kq, uzunluğu isə 5 metrdir.
Raket döyüş başlığının ümumi çəkisi 480 kiloqramdır. O, formalı irəli yükdən və yüksək partlayıcı əsas yükdən ibarətdir.